Ağdaşda avtomobil iki bacını vuraraq öldürüb
Ağdaşın Əmirarx kəndində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən - 49 yaşlı Sədaqət Ramazanova və onun bacısı 47 yaşlı Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Bacılar Astaranın Giləkəran kənd sakinləri olublar.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fda%C5%9Fda-avtomobil-iki-bac%C4%B1n%C4%B1-vuraraq-%C3%B6ld%C3%BCr%C3%BCb

