Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq aksesuar oğurlanıb
Ağcabədi rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gələn sakinlər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər. Kənd sakinlərinin iddiasına görə, oğurlanan əşyaların ümumi dəyəri 10 min manatdan çoxdur.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fcab%C9%99did%C9%99-q%C9%99biristanl%C4%B1qdan-10-min-manatl%C4%B1q-aksesuar-o%C4%9Furlan%C4%B1b

