Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur
Ağcabədidə kənd təsərrüfatı üzrə 2026–2030 Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib.Tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtərdən fermer və sahibkarlar, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.Müşavirədə aqrar sahədə yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistikanın inkişafı, fermerlərin müasir xidmətlərə çıxışının genişləndirilməsi kimi məsələlər müzakirə olunub. Görüş Prezident İlham Əliyevin aqrar sahə ilə bağlı verdiyi tapşırıqların icrası çərçivəsində təşkil edilib.
url:
http://kepezfm.az/xeberler/a%C4%9Fcab%C9%99did%C9%99-aqrar-sah%C9%99nin-2026%E2%80%932030-cu-ill%C9%99r-%C3%BCzr%C9%99-inki%C5%9Faf-prioritetl%C9%99ri-m%C3%BCzakir%C9%99-olunur

