86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
İşğaldan azad edilmiş ərazilərdə daha 86 nəfər özünüməşğulluq proqramına cəlb olunub.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında proqram iştirakçılarına mal və materiallar təqdim edilib.Verilən aktivlər hesabına onlar qoyunçuluq, keçiçilik və arıçılıq üzrə kiçik təsərrüfatlar yaradıblar.Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən 1048 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatını qurub.
url:
http://kepezfm.az/xeberler/86-%C5%9F%C9%99xs-%C3%BC%C3%A7%C3%BCn-ki%C3%A7ik-ail%C9%99-biznesl%C9%99ri-yarad%C4%B1l%C4%B1b

