Canlı
72 yaşlı ulduz Helen Mirrendən cəsarətli addım: makiyajsız fotosunu paylaşdı

72 yaşlı ulduz Helen Mirrendən cəsarətli addım: makiyajsız fotosunu paylaşdı

72 yaşlı ingilis aktrisa Helen Mirren cəsarətli paylaşım edib. Aktrisa İnstaqram hesabında makiyajsız fotosunu paylaşıb. “Yaşı olmayan qadın” kimi tanınan Helen “Həyatım boyunca özümə inamsız olmuşam. Bunu gündəlik həyatımda da hələ də yaşayıram” desə də, cəsarəti ilə hər kəsi təəccübləndirib. Mirrenin paylaşımı 40 mindən çox “like” toplayıb. Aktrisaya tərif dolu sözlər yazılıb. Qeyd edək ki, Helen Mirren 72 yaşı olsa da, hələdə film sektorunun tələb edilən adlarındandır.

2018-03-07 / 18:56