7 nəfər narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib
Xaçmaz Polisinin keçirdiyi əməliyyatla narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.Həmin şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.Faktlarla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/7-n%C9%99f%C9%99r-narkotikl%C9%99rin-qanunsuz-d%C3%B6vriyy%C9%99sind%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-bilin%C9%99r%C9%99k-h%C9%99bs-edilib

