400 tondan artıq yararsız toyuq əti məhsulunun satış məqsədilə saxlanılması ilə bağlı üç nəfər cinayət məsuliyyətinə cəlb olunub. Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatına görə, “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin Xızı rayonunda yerləşən anbarlarında yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan toyuq əti məhsulları aşkarlanıb.Faktla bağlı aparılan araşdırma nəticəsində cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyev, direktor Elşən Usubov və kəsim sexinin müdiri Nazim Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunublar.Məhkəmənin qərarı ilə Elşən Usubov barəsində həbs, digər iki şəxs barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

