3 nəfərdən 32 kq narkotik vasitə götürülüb
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıb. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.Araşdırma davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/3-n%C9%99f%C9%99rd%C9%99n-32-kq-narkotik-vasit%C9%99-g%C3%B6t%C3%BCr%C3%BCl%C3%BCb

