126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı

Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb. İlkin məlumata görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər xəsarət alıb. Dağıntılar altında qalanlardan 18 nəfər sağ xilas edilib.Zəlzələ paytaxt Karakas da daxil olmaqla bir neçə ştatda hiss olunub, yaşayış binaları və digər tikililər dağılıb. Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, bu zəlzələ Venesuelanın son 126 ildə üzləşdiyi ən ciddi seysmik hadisələrdən biri hesab olunur. ABŞ Geoloji Xidmətinin arxiv məlumatlarına əsasən, ölkədə bundan əvvəl ən güclü zəlzələ 1900-cü ildə baş verib. 7,7 bal gücündə qiymətləndirilən həmin zəlzələ paytaxt Karakasda ciddi dağıntılara səbəb olmuş, 21 nəfərin ölümü və 50 nəfərin yaralanması ilə nəticələnmişdi. Həmin vaxt yüzlərlə ev dağılıb, kilsələrin qüllələri uçub, dövlət idarələri və təhsil müəssisələri zərər görmüşdü.

url: 
http://kepezfm.az/xeberler/126-ilin-%C9%99n-g%C3%BCcl%C3%BC-z%C9%99lz%C9%99l%C9%99si-venesuelada-%C9%99srlik-rekord-q%C4%B1r%C4%B1ld%C4%B1
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik