"1 aydan sonra ana olacam" - Gülyanaq

"1 aydan sonra ana olacam" - Gülyanaq

Xalq artisti Gülyanaq Məmmədova hamiləliyindən danışıb.

1 aydan sonra dördüncü uşağı doğulacaq müğənni açıqlamasında dincələ bilməməkdən gileylənib.

G.Məmmədova həmkarlarının hamiləlik zamanı istifadə etdiyi libasları da tənqid edib:

“1 aydan sonra ana olacam, hələ evdə oturmamışam.

Geyimimlə yerini bilən adamam. Özünə dəyər verən tamaşaçısını da düşünməlidir. Gərək elə geniş formada libaslar seçəsən ki, hamiləlik bilinməsin. Dar geyinib, onu üzə çıxarıb fəxr etmək olmaz. Bəzən elələrini görürəm”.

Qeyd edək ki, 2 oğlan, 1 qız övladı olan G.Məmmədova dördüncü uşağının da oğlan olacağını bildirib.

Ayşən Zeynallı