“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq
"Turan Tovuz" klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına qarşı İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ var.AFFA-dan bildirilib ki,Məhkəmə yekun qərar verənədək “Turan Tovuz”un Konfrans Liqasındakı yeri saxlanılacaq. Komanda ölkə çempionatını 3-cü pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanıb.Yalnız İdman Arbitraj Məhkəməsinin qərarından sonra məsələ ilə bağlı növbəti addımlar müəyyən ediləcək.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cturan-tovuz%E2%80%9Dun-avrokuboklarda-n%C9%99z%C9%99rd%C9%99-tutulan-yeri-cas-%C4%B1n-q%C9%99rar%C4%B1nad%C9%99k-qorunub-saxlan%C4%B1lacaq

