“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
Oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadınlar arasında Çempionlar Liqası oyununun keçirilməsi ilə əlaqədar “Turan Tovuz” PFL-ə müraciət edib. PFL və “İmişli”nin razılığı ilə Premyer Liqanın VIII turunda oktyabrın 18-də keçiriləcək “Turan Tovuz” – “İmişli” qarşılaşmasının yeri dəyişdirilib.Oyun saat 15:00-da Yevlax şəhər stadionunda baş tutacaq.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cturan-tovuz%E2%80%9D-%E2%80%93-%E2%80%9Cimi%C5%9Fli%E2%80%9D-oyununun-yeri-d%C9%99yi%C5%9Fdirilib

