“Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edilib
Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ərəfəsində avtomobil icarəsi şirkətlərinə müraciət edib.Bəzi məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edirlər ki, bu da təhlükəli və qanun pozuntusudur.Şirkətlərə tövsiyə olunur ki, avtomobil icarəsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, yaş məhdudiyyətlərinə və idarəetmə hüququna ciddi nəzarət etsinlər.Qanun pozuntusu aşkar edilərsə, məsul şəxslər barəsində tədbirlər görüləcəyi bildirilib.Bu addımların “Son zəng” gününün təhlükəsiz keçirilməsinə xidmət etdiyi qeyd edilib.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cson-z%C9%99ng%E2%80%9D-t%C9%99dbirl%C9%99ri-il%C9%99-%C9%99laq%C9%99dar-avtomobil-icar%C9%99si-%C5%9Firk%C9%99tl%C9%99rin%C9%99-m%C3%BCraci%C9%99t-edilib

