“Kəpəz”–“Turan Tovuz” matçında tamaşaçı rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasının üçüncü turu tamaşaçı rekordu ilə yadda qalıb.Gəncə şəhər stadionunda keçirilən “Kəpəz”- “Turan Tovuz” matçını 13 min 500 tamaşaçı izləyib. Bu, cari mövsümün ən yüksək göstəricisidir.Təxminən 3 ildən sonra Premyer Liqa oyununa ev sahibliyi edən Gəncə şəhər stadionunda da son 10 mövsümün rekord göstəricisi qeydə alınıb. Arenada bundan daha çox tamaşaçı sonuncu dəfə 2016-cı ildə “Qarabağ”la oyunda olub. Həmin qarşılaşmanı 14 min 238 nəfər izləyib.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Ck%C9%99p%C9%99z%E2%80%9D%E2%80%93%E2%80%9Cturan-tovuz%E2%80%9D-mat%C3%A7%C4%B1nda-tama%C5%9Fa%C3%A7%C4%B1-rekordu-qeyd%C9%99-al%C4%B1n%C4%B1b

