“Gəncəbasar” doqquz xalla lider oldu
Azərbaycan Birinci Liqasında üçüncü turunda "Şimal” doğma meydanda “Şahdağ Qusar”a 1:4 hesabı ilə uduzub.“Mingəçevir” “Gəncəbasar”a 0:3, “Baku Sportinq” isə “Səbail”ə 0:1 hesabı ilə məğlub olub. “Şahdağ Qusar” və “Gəncəbasar” doqquz xalla turnir cədvəlinə liderlik edir. Qeyd edək ki, üçüncü tura sabah yekun vurulacaq.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cg%C9%99nc%C9%99basar%E2%80%9D-doqquz-xalla-lider-oldu

