“Desə sənəti at, ataram!”– Günaydan cəsarətli addım

“Desə sənəti at, ataram!”– Günaydan cəsarətli addım

Son vaxtlar daha çox şəxsi həyatı ilə gündəmi alt-üst edən müğənni Günay İbrahimli qıfıl vurub gizli saxladığı sevgi etiraflarını mikrofonumuza danışdı. İfaçı hər kəsin gözdə-qulaqda olduğu əsas məsələlərin bəziləri haqda açıqlama versə də, yeri gəldikcə suallarımızdan bacarıqla yayındı.
Şou ilə biznes quran məşhurların yay istirahətindən sonra yenidən sənətlə məşğul olmaları yəqin ki, çətin olmayacaq. İstirahətlə yanaşı, eyni vaxtda yeni layihələrə də imza atan Günay İbrahimli kameramız önünə keçib əvvəlcə işlərindən danışdı.
Günay İbrahimli: “Bu yayı çox gözəl keçirtdim. Həm Bakıda, həm də Türkiyədə istirahət etdim. Keçən il istirahət etməmişdim. “Biri var orda” adlı mahnını təqdim elədim, klipini çəkdirdim, fotosessiya etdim. Bütün işlərimi istirahətdə ola-ola həyata keçirmişəm”.
İfaçı, Ayazla birgə oxuduğu yeni dueti haqda da fikirlərini bölüşdü. Mahnının seçilməsi ilə bağlı danışdı.
Günay İbrahimli: “Novruz bayram ilə bağlı çəkilişlərinbirində Ayazla üç-dörd mahnıya qulaq asdıq. Bu mahnıya qulaq asanda ilk dəfədən bəyəndim. Orda qərara aldıq ki, duet oxuyaq. Musiqi sevgi və ayrılığı mövzu alıb. Burda pozitivlik var”.
Günay, son vaxtlar yaşadığın sevgi münasibətləri haqda söz-söhbətlər at minib dildən-dilə dolaşır. İnstagram hesabındakı şəkilləri silməyinsə izləyicilərini çaş-baş salıb. Nə baş verir?
Günay İbrahimli: “Əvvəlki şəkil 13-15 gün qaldı. Sonra bəzi səbəblərə görə sildim. Bu dəfə isə yarım saat qaldı, sonra sildim. Silinmə səbəbini isə kamera arxası deyərəm. Nədənsə ətrafımda ayağımı tapdalamaq istəyən insalar olub. Sevdiyim insan da yaxşı adamdır. Tamaşaçılar məndən küsməsinlər. İstərəm ki, xoş günlərimi paylaşım”.
O, belə görünür ki, şəxsi həyatı ilə bağlı ümumiyyətlə danışmaq istəmir. Yəqin münasiətlərinə soyuq qarlar yağacağından qorxur. Hər zaman içərisində bir ailə ruhu daşıyan Günay üçün maskalı şou-biznes aləmi, yoxsa isti ailə ocağı daha önəmlidir?
Günay İbrahimli: “Sənətə də xoşagəlməz nüanslar olur. Özüm bütün bunların şahidi oluram. Tədbirlərə həvəssiz gəlirəm. Ancaq yenə də işləyirəm”.
Günay İbrahimli ailəsi üçün hətta sənətindən belə imtina etməyə hazırdır. Günay, olmuya belə bir fikir səsləndirməyinin ətrafında addım-başı rast gəldiyin şou adamları ilə də bağlılığı var?
Günay İbrahimli: “Desə sənəti at ataram”. İnsanlar üzə gülür ancaq adamın arxası ilə danışırlar. Ondansa gedərəm evdə ovladlarıma baxaram, xoşbəxt olaram”.
Günay, mövsüm hələ yeni başlayır, çox keçməz toy xəbərini də hazırlayarıq.
Ayşən Zeynallı