Son günlər ağır nəticəli yol-nəqliyyat hadisələrinin artması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.Polis bildirir ki, sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, eləcə də sükan arxasında diqqətin yayındırılması qəza riskini artırır.BDYPİ sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sükan arxasında diqqətli, səbirli və məsuliyyətli olmağa çağırıb.Bir anlıq tələskənlik və ya diqqətsizlik ağır, hətta geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Sürücülərə səfər zamanı onları gözləyən doğmalarını unutmamaq tövsiyə olunub.Mənzil başına tez çatmaq naminə edilən risk, tələskənlik və ya bir anlıq ehtiyatsızlıq həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ata bilər.

