“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” başlayıb
Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb. Tədbirin əsas məqsədi iqlim dəyişikliklərinə qarşı mübarizə, yeni həllərin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.Üçüncü dəfə keçirilən həftədə hökumət və özəl sektor nümayəndələri, beynəlxalq təşkilatlar, investorlar, alimlər və gənclər bir araya gəlib. Bu il tədbir ilk dəfə BMT-nin İqlim Həftəsi ilə paralel keçirilir.Həftə çərçivəsində iqlim məsələləri ilə bağlı 15 əsas dəyirmi masa və çoxsaylı tədbirlər təşkil olunacaq.
url:
http://kepezfm.az/xeberler/%E2%80%9Cbak%C4%B1-iqlim-f%C9%99aliyy%C9%99ti-h%C9%99ft%C9%99si-2026%E2%80%9D-ba%C5%9Flay%C4%B1b

