"Ərimlə böyük davamız oldu" - Yeganə

"Ərimlə böyük davamız oldu" - Yeganə

Müğənni Yeganə Akbudak verilişlərdən birində qonaq olub.

Sənətçi ailəsindən bəhs edib.

O, həyat yoldaşı Fatihlə arasında baş verən davadan danışıb:

“Övladımı həm vara, həm yoxa öyrədirəm. Bir dəfə oğlumun 2 yaşı olanda onunla gəzintiyə çıxdıq. Evə qayıdanda böyük robot aldım. Yoldaşım görüb çox əsəbiləşdi, böyük davamız oldu. Dedi ki, Ömər bunu böyüyəndə oynatmalıdır. Pis oldum, oturub ağladım. Oğlumun 6 yaşı var, hələ də o robotu açmır. Üstündən bir az keçəndən sonra yenə alış-verişə getdik. Bu dəfə Ömər ən balaca oyuncağı götürdü. Məni ağlamaq tutdu. Harasa gedəndə belə Ömər qulağıma deyir ki, "Bu gün pulumuz var? Nəsə ala bilərəm?”. Ona bunları öyrədirəm”.

Ayşən Zeynallı