Ərdoğan və Mirziyoyev Türk Dünyası Həftəsinə mesaj göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıblar.Ərdoğan bildirib ki, türk əməkdaşlıq təşkilatları çərçivəsində əlaqələr İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyası əsasında daha da inkişaf edir.Türkiyənin ən böyük arzusu Türk dünyasının ortaq tarixini, dilini və mədəniyyətini qoruyaraq “Türk əsri”ni birlikdə qurmasıdır.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elm və mədəni həyatında yeni mərhələnin əsasını qoyub. O, həmin qurultayda Özbəkistandan 11 tanınmış ziyalının iştirak etdiyini xatırladaraq, forumun türk xalqlarını birləşdirən ortaq dəyərlərin rəmzi olduğunu vurğulayıb.Qeyd edək ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir bu ilin sonunda UNESCO-nun Parisdəki mənzil-qərargahında keçiriləcək. Bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində məlumat verib. Tədbir Fondun təşəbbüsü, Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO yanında Türk dövlətlərinin daimi nümayəndəlikləri və türk əməkdaşlıq təşkilatlarının iştirakı ilə təşkil olunacaq.

url: 
http://kepezfm.az/xeberler/%C9%99rdo%C4%9F-v%C9%99-mirziyoyev-t%C3%BCrk-d%C3%BCnyas%C4%B1-h%C9%99ft%C9%99sin%C9%99-mesaj-g%C3%B6nd%C9%99rib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik