Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun Türkiyəyə keçid təklifini qəbul etməyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib. "Report" xəbər verir ki, mayın 3-5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Makron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək "siyasi cəhətdən rəmzi" jest etməyi planlaşdırırdı.Məlumata görə, səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, o, strateji müttəfiqi - Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.
url:
http://kepezfm.az/xeberler/%C9%99rdo%C4%9F-bak%C4%B1-il%C9%99-m%C9%99sl%C9%99h%C9%99tl%C9%99%C5%9Fm%C9%99l%C9%99rd%C9%99n-sonra-makronun-t%C3%BCrkiy%C9%99y%C9%99-ke%C3%A7id-t%C9%99klifini-q%C9%99bul-etm%C9%99yib

