İran bu həftə Dohada ABŞ-la texniki danışıqların keçiriləcəyi barədə yayılan məlumatları təkzib edib.İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, işçi qruplarının texniki müşavirələrinin keçirilməsi planlaşdırılmayıb. Onun sözlərinə görə, Qətərlə məsləhətləşmələr davam etsə də, bu həftə görüşlə bağlı yayılan xəbərlər doğru deyil.Texniki danışıqların vaxtı və keçiriləcəyi məkan hələ razılaşdırılmayıb, bu istiqamətdə vasitəçi ölkələrin iştirakı ilə məsləhətləşmələr davam edir. “Axios” ABŞ və İran nümayəndələrinin iyunun 30-da Dohada məsləhətləşmələr aparacağı barədə məlumat yaymışdı.Bu arada ABŞ-İran danışıqları iyunun 30-da Dohada (Qətər) keçiriləcək.Bu barədə ABŞ Prezidenti Donald Tramp isə "Truth social" sosial şəbəkəsində "İran görüş istəyib. O, sabah Dohada keçiriləcək!", - yazıb.

