Canlı
Əmrahın oğlu nişanlısından ayrıldı

Əmrahın oğlu nişanlısından ayrıldı

Müğənni-aktyor Əmrahın qeyri-rəsmi nikahdan dünyaya gələn oğlu Tayfun evlənməyə hazırlaşdığı sevgilisi Funda Çakırdan ayrılıb. Tayfunun Seda Sayanın izdivac verilişində tanış olduğu Funda ilə hansı səbəbdən ayrıldığı məlum deyil. Xatırladaq ki, Tayfun bir müddət əvvəl elçilərini Fundanın qapısına göndərib. Cütlük yazda nişanlanmaq, yayda isə toy etmək fikrində idi. Qeyd edək ki, Əmrah əvvəlcə Tayfunu oğlu kimi qəbul etməyib. Daha sonra onu qəbul etsə də, mirasından məhrum edib. Ona görə ata-oğul arasında tez-tez mübahisələr düşür.

2018-02-08 / 21:15