Canlı
Əməkdar artist Natiq Şirinovun doğum günüdür

Əməkdar artist Natiq Şirinovun doğum günüdür

“Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist, nağara ifaçısı Natiq Şirinovun bu gün 42 yaşı tamam olur. Əməkdar Artist arzularının tükənməz olduğunu söyləyib: “Hələ ki, zirvəyə çatacaq heçnə etməmişik. Dostlarımız, əzizlərimiz, xalqım xoş günümü təbrik edib. Sağ olsunlar”. Natiq Şirinov 2-3 ilə “Natiq ritm” qrupunun 20 illik yubileylərini qeyd edəcəklərini dilə gətirib: “Yubileyimizi qeyd etməyə hazırlaşıram. Dünyada bir çox sənətçi dostlarımız var. Onları dəvət etməyi düşünürük”. Nağara ifaçısı mütəmadi olaraq Azərbaycanda və xaricdən dəvətlər aldığını və konsert proqramı ilə çıxış etdiyini deyib. Əməkdar Artist indiyədək klip çəkdirməməyinin səbəbini də açıqlayıb: “Vaxtın azlığına görə belə bir addım atmamışıq. Yəqin ki, özümüzdə də hələ istədiyimizi tapa bilmirik. Yaxşı səviyyədə olmağını istəyərəm, o da yəqin özümüzü hələ elə görə bilmirik”.