Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başlayıb

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçirilir. Toplantıda Türk Dövlətləri Təşkilatının Baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.Görüşdə türk xalqlarının ortaq milli-mənəvi və mədəni dəyərlərinin qorunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik, kadr hazırlığı və dini radikalizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.Bununla yanaşı, ortaq dini-mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşma, konfessiyalararası dialoq və İslam həmrəyliyinin təşviqi istiqamətində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi də gündəmdədir. Toplantının əsas mövzularından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır.Tədbirin sonunda tərəflərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən kommünikenin imzalanması nəzərdə tutulur.

url: 
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9Fada-tdt-%C3%B6lk%C9%99l%C9%99ri-d%C3%B6vl%C9%99t-dini-qurumlar%C4%B1-r%C9%99hb%C9%99rl%C9%99rinin-birinci-g%C3%B6r%C3%BC%C5%9F%C3%BC-ba%C5%9Flay%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik