Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başa çatıb
Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb.Görüşün yekununda əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən 11 bəndlik Kommünike imzalanıb. Sənəddə dövlət-din münasibətlərinin inkişafı, dini təhsil, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, rəqəmsal dini maarifləndirmə və dini radikalizmə qarşı birgə mübarizə məsələləri öz əksini tapıb.Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini irsin bərpasına dəstək də ifadə olunub. Növbəti görüşün 2027-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9Fada-tdt-%C3%B6lk%C9%99l%C9%99ri-d%C3%B6vl%C9%99t-dini-qurumlar%C4%B1-r%C9%99hb%C9%99rl%C9%99rinin-birinci-g%C3%B6r%C3%BC%C5%9F%C3%BC-ba%C5%9F-%C3%A7at%C4%B1b

