Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib.Zakir Həsənov bildirib ki, ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.Görüşdə müasir dövrün çağırışları, regionda təhlükəsizlik məsələləri, eləcə də hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Tərəflər üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsini vacib hesab ediblər.Həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Zakir Həsənov bdeyib ki, dünyada siyasi gərginliyin artdığı bir vaxtda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Nazir Azərbaycan-Türkiyə-Gürcüstan formatını regional sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm platforma adlandırıb. Görüşün yekununda üçtərəfli protokol imzalanıb.

