Şuşa xaricdə yaşayan azərbaycanlı din xadimlərini qəbul edib
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşaya səfər ediblər. Səfər çərçivəsində qonaqlar Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Şuşa qalasını, Zəfər abidəsini və Cıdır Düzünü ziyarət ediblər. Onlara şəhərin tarixi, dini və mədəni abidələri, eləcə də işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumat verilib. Səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunub. Məqsəd xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənlə bağlarını möhkəmləndirmək və Azərbaycan həqiqətlərini təbliğ etməkdir.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fu%C5%9F-xaricd%C9%99-ya%C5%9Fayan-az%C9%99rbaycanl%C4%B1-din-xadiml%C9%99rini-q%C9%99bul-edib

