Şimali Kiprdə saxlanılan 3 azərbaycanlının həbs müddəti uzadılıb
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan azərbaycanlılar- Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətovun həbs müddəti daha 7 gün uzadılıb. Xatırladaq ki, avqustun 30-da Girne sahillərində baş verən gəmi qəzasında 26 nəfər ölüb, 239 nəfər xilas edilib. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fimali-kiprd%C9%99-saxlan%C4%B1lan-3-az%C9%99rbaycanl%C4%B1n%C4%B1n-h%C9%99bs-m%C3%BCdd%C9%99ti-uzad%C4%B1l%C4%B1b

