Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan azərbaycanlılara qarşı ittiham dəyişdirildi

Şimali Kiprin Girne sahillərində baş verən gəmi qəzası ilə bağlı saxlanılan 9 nəfərin ittihamı dəyişdirilib. Onlardan 3-ü Azərbaycan vətəndaşıdır.Əvvəlcə təqsirləndirilən şəxslərə qarşı ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma ittihamı irəli sürülüb.İndi isə ittiham “adam öldürmə” maddəsi ilə əvəzlənib.Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin həbs müddəti daha 3 gün uzadılıb.Növbəti məhkəmə prosesi noyabrın 24-də keçiriləcək.Qeyd edək ki, avqustun 30-da Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas edilib. Daha bir sərnişin itkin düşmüş hesab olunur.

url: 
http://kepezfm.az/xeberler/%C5%9Fimali-kiprd%C9%99-g%C9%99mi-q%C9%99zas%C4%B1na-g%C3%B6r%C9%99-saxlan%C4%B1lan-az%C9%99rbaycanl%C4%B1lara-qar%C5%9F%C4%B1-ittiham-d%C9%99yi%C5%9Fdirildi
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik