Şeron Stoun sevgilisi ilə çimərlikdə

Şeron Stoun sevgilisi ilə çimərlikdə

Aktrisa Şeron Stoun Sen-Bart adasında sevgilisi Lonni Kuper ilə istirahət edərkən paparazzilərə tuş gəlib.

58 yaşlı aktrisa idman agenti ilə çimərlikdə səmimi münasibətdə olub.

2004-cü ildə boşandığı həyat yoldaşı Fil Brounşteyndən sonra Şeron heç kiminlə ciddi münasibətdə olmayıb. İyunda isə Stoun romantik ab-havadan bezdiyini və tək qalmaq istədiyini bildirib.

Ayşən Zeynallı