Baş nazirin müavini Şahin Mustafayev ABŞ-İran münaqişəsində Azərbaycanın ərazisinin İrana qarşı istifadə olunması ilə bağlı fərziyyələri təkzib edib.O, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşdə Azərbaycanın İran üçün dost ölkə olduğunu vurğulayıb.Şahin Mustafayev Prezident İlham Əliyevin ABŞ-İran münaqişəsində döyüşlərin dayandırılması və sülhün bərqərar olması ilə bağlı mövqeyinin iki ölkə arasındakı münasibətlərin göstəricisi olduğunu bildirib.Baş nazirin müavini İranda Prezident Məsud Pezeşkianla da görüşüb.Görüşdə Azərbaycan-İran əlaqələrinin inkişafı, iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.Nəqliyyat və dəhliz marşrutlarının inkişafı, eləcə də regionda birgə layihələrin davam etdirilməsi məsələləri müzakirə edilib.

