Şahin Bağırov: "Ağbənd keçid məntəqəsi layihəsi yaxın zamanlarda tamamlanacaq"
Azərbaycanla İran sərhədində yerləşən Ağbənd keçid məntəqəsi layihəsinin yaxın zamanda tamamlanması nəzərdə tutulur.Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.Şərqi Zəngəzur Gömrük İdarəsi artıq yaradılıb və fəaliyyət göstərir. Orada əməkdaşlar yüklərin rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi ilə məşğuldurlar.Laçın buraxılış məntəqəsində gömrük nəzarət məntəqəsi yaradılıb.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fahin-ba%C4%9F%C4%B1rov-a%C4%9Fb%C9%99nd-ke%C3%A7id-m%C9%99nt%C9%99q%C9%99si-layih%C9%99si-yax%C4%B1n-zamanlarda-tamamlanacaq

