Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Noyabrın 4-də saat 15:00-dan etibarən 2-7-ci siniflər, noyabrın 5-də saat 15:00-dan isə 8-11-ci siniflər üzrə elektron yerdəyişmə prosesi başlayacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlər www.sy.edu.az portalı vasitəsilə qəbul ediləcək. İnternetə çıxışı olmayan vətəndaşlar Agentliyin müvafiq qurumlarına, Vətəndaşlara Xidmət Mərkəzinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fagirdl%C9%99rin-elektron-yerd%C9%99yi%C5%9Fm%C9%99sin%C9%99-ba%C5%9Flan%C4%B1l%C4%B1r

