Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir
2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.
url:
http://kepezfm.az/xeberler/%C5%9Fagirdl%C9%99rin-elektron-yerd%C9%99yi%C5%9Fm%C9%99si-prosesin%C9%99-start-verilir-0