Şəmkirdə "Priora" aşıb
Şəmkir–Yenihəyat yolunda "Lada Priora" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Daha sonra nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.Qəza nəticəsində 2002-ci il təvəllüdlü gənc və daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/%C5%9F%C9%99mkird%C9%99-priora-a%C5%9F%C4%B1b

