Üç cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardığı aşkarlanıb
Ötən ay 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.Bunu Analitik Ekspertiza Mərkəzi açıqlayıb.Aşkarlanan pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan tibbi fəaliyyət, lisenziyada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi, yararlılıq müddəti bitmiş və qeydiyyatdan keçməmiş dərmanlardan istifadə, həmçinin lisenziyasız fəaliyyət halları olub.Bundan başqa, 2 ümumi cərrah və 1 üz-çənə cərrahının ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları apardığı müəyyənləşdirilib.Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib olunub və müvafiq tədbirlər görülüb.
url:
http://kepezfm.az/xeberler/%C3%BC%C3%A7-c%C9%99rrah%C4%B1n-ixtisas%C4%B1na-uy%C4%9Fun-olmayan-plastik-c%C9%99rrahiyy%C9%99-%C9%99m%C9%99liyyatlar%C4%B1-apard%C4%B1%C4%9F%C4%B1-a%C5%9Fkarlan%C4%B1b

