Üç ölkənin din xadimləri Zəfər parkını ziyarət ediblər
50-yə yaxın din xadimi “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edib.Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər. Səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, soydaşların Azərbaycanla bağlarının möhkəmləndirilməsi və ölkəmizin həqiqətlərinin dünyaya çatdırılmasıdır.Nümayəndə heyəti, həmçinin Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi və Bibiheybət məscid-ziyarətgah kompleksi ilə tanış olub.
url:
http://kepezfm.az/xeberler/%C3%BC%C3%A7-%C3%B6lk%C9%99nin-din-xadiml%C9%99ri-z%C9%99f%C9%99r-park%C4%B1n%C4%B1-ziyar%C9%99t-edibl%C9%99r

