Canlı
Özbək ifaçı Murad Arifin "Dondurma"sını oğurladı

Özbək ifaçı Murad Arifin "Dondurma"sını oğurladı

Müğənni-bəstəkar Murad Arifin "Dondurma" mahnısı oğurlanıb. Bu haqda ifaçı özü xəbər yayıb. O bildirib ki, özbək ifaçısı Şerzad Şaripov onun mahnısını oxuyaraq adını "Durdona" qoyub: "Yenə də mahnımı oğurladılar... Bu dəfə "Dondurma" mahnımı icazəsiz oxuyan, "Dondurma"nı "Durdana" edən özbək sənətçisidir. İnternet dövründə müəllifini tapmaq, icazə istəmək bu qədər çətindirmi? Hər videomun altında sosial hesablarım, ünvanlar və əməkdaş nömrəsi varkən...". Qeyd edək ki, 2016-ci ildə sənətçinin “İnşallah” mahnısını özbək ifaçısı Amir icazəsiz ifa etmişdi.

2018-10-12 / 17:09