Övladının təhsilini təmin etməyən valideynlər inzibati məsuliyyət daşıyırlar - Dövlət Komitəsi
Ailə Məcəlləsinin 58-ci və “Təhsil haqqında” Qanunun 34-cü maddələrinə əsasən, valideyn övladının icbari təhsilini təmin etməyə borcludur. Bu vəzifənin üzrlü səbəb olmadan yerinə yetirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyət yaradır.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, belə hallara görə valideynə xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək cərimə tətbiq olunur.Komitə vurğulayıb ki, məsuliyyət tədbirləri görülməzdən əvvəl uşağın dərsə davamiyyətsizliyinin səbəbləri, ailənin sosial vəziyyəti və digər amillər araşdırılmalıdır.Əsas məqsəd valideyni cəzalandırmaq deyil, uşağın təhsil hüququnun təmin olunmasıdır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6vlad%C4%B1n%C4%B1n-t%C9%99hsilini-t%C9%99min-etm%C9%99y%C9%99n-valideynl%C9%99r-inzibati-m%C9%99suliyy%C9%99t-da%C5%9F%C4%B1y%C4%B1rlar-d%C3%B6vl%C9%99t

