Ön dişi olmayan model tanıtım etdi

Ön dişi olmayan model tanıtım etdi

Dünyada yüzlərlə mağazası olan məşhur brendlərdən biri ön dişi olmayan Simon Lu adlı modellə tanıtım üçün müqavilə imzalayıb. Firma sahibləri standartları bir kənara qoyduqlarını və kampaniyalarında "gerçək" qadınlarla işləyəcəklərini bildiriblər. Onların bu seçimi dünyanın dörd bir tərəfində rəğbətlə qarşılanıb. Dəstək və tərif dolu sözlər sadəcə firmanın ünvanına səslənməyib. Çəkilişdən fotolarını İnstaqram hesabından paylaşan model də gözəl sözlərdən pay alıb.

Nurlana Abdullayeva

2019-05-13/ 17:10