Ölkənin müxtəlif bölgələrində ağır yol qəzalarında 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb

Sumqayıtda "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 6 yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya hospitalizasiya olunub.Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

Abşeronda yolu keçmək istəyən 12 yaşlı Əzizə Məmmədlini avtomobil vurub. Piyada hadisə yerində həyatını itirib.

Zərdabda isə "VAZ-21099" və "Land Rover" markalı minik avtomobilləri toqquşub."VAZ-21099"un sürücüsü Azər Abdullayev aldığı xəsarətlərdən ölüb.

Ələt-Astara magistral yolunun Salyanın Yenikənd kəndindən keçən hissəsində Bakı sakini, 46 yaşlı Xədicə Sadıqovanın idarə etdiyi "Changan", "KİA" ilə toqquşub. Qəza nəticəsində "Changan"ın sürücüsü, digər avtomobildə olan - Salyan sakinləri 27 yaşlı Babək Alxanov, 34 yaşlı Şamxal Mayılov, 39 yaşlı Saməddin Bayramov və Mahir Bayramov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Sabirabadda isə dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı 29 yaşlı Aqşin Zeynallı, 31 yaşlı Şəlalə Yedigarova və həmyaşıdı Aqşin Xəlilli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

url: 
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99nin-m%C3%BCxt%C9%99lif-b%C3%B6lg%C9%99l%C9%99rind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1nda-2-n%C9%99f%C9%99r-%C3%B6l%C3%BCb-13-n%C9%99f%C9%99r-x%C9%99sar%C9%99t-al%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik