Ölkə ərazisində külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Astara polisi əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyevi saxlayıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Növbəti əməliyyatla isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Ondan isə 21 kiloqram marixuana aşkarlanaraq götürülüb. Naxçıvan Baş Gömrüyündə ölkəyə tranzit keçməklə İrandan Türkiyəyə gedən yük maşınından “Şahtaxtı” gömrük postunda yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-k%C3%BClli-miqdarda-narkotik-d%C3%B6vriyy%C9%99d%C9%99n-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b

