Ölkə ərazisində ağır yol qəzaları baş verib
Şəmkirdə minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1990-cı il təvəllüdlü Ş.Quliyev və və 2000-ci il təvəllüdlü N.Hüseyov xəsarət alıb.Mingəçevir su anbarı yaxınlığında bataqlıqda batan yük avtomobilində olan iki nəfər xilas edilib.Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ötən gecə baş verib. Bakıda 1958-ci il təvəllüdlü bina sakini Həsən Seyidbəyov minik avtomobili ilə hündürmərtəbəli binanın yeraltı dayanacağından çıxarkən 1955-ci il təvəllüdlü Esmira Sadıqovanı vurub.Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib-18

