Ölkə ərazisində ağır yol qəzaları baş verib
Bakının Binəqədi rayonunda BMW və "Hyundai" markalı avtomobillər toqquşub.Zərbənin təsirindən BMW markalı avtomobil yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılıb. Klinikanın şüşələri sınıb.Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər.Bakıda digər bir hadisədə Xocəsən-Lökbatan yolunda “Toyota” markalı avtomobil uşaq arabası ilə hərəkət edən qadını və körpəsini vurub.TƏBİB-dən bildirilib ki, 1990-cı il təvəllüdlü qadının vəziyyəti ağırdır. 2025-ci il təvəllüdlü körpə isə vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.İlkin araşdırmada sürücünü sükan arxasında yuxuya getdiyi bildirilib. Faktla bağlı cinayət işi başlanıb.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib-17

