Ölkə ərazisində ağır yol qəzaları baş verib
Bakının Masazır qəsəbəsində "Changan" və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib.Deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlu FHN-in xüsusi xilasetmə vasitələrinin köməyi ilə çıxarılıb.Bakıda Bilgəh qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev minik avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və sərnişini - 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu Əliyev hadisə yerində ölüblər.Araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib-13

