Ölkə ərazisində ağır yol qəzaları baş verib
Qubada iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.Bakının Lökbatan qəsəbəsində yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Faktlarla bağlı araşdırma aparılır.Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.
url:
http://kepezfm.az/xeberler/%C3%B6lk%C9%99-%C9%99razisind%C9%99-a%C4%9F%C4%B1r-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib-12

