Masazırda minik avtomobilinin motosikletlə toqquşması nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.Biləsuvarda hərəkət edən “Niva” markalı avtomobil yol kənarında dayanmış “Mercedes” markalı avtomobillə toqquşub.Zərbənin təsirindən idarəetmədən çıxan avtomobillər daha iki nəqliyyat vasitəsi ilə toqquşub.Qəza nəticəsində 1964-cü il təvəllüdlü Fəxrəddin Qurbanov ölüb.1956-cı il təvəllüdlü Mahmudağa Əliyev, 1997 təvəllüdlü Nişanə Əmənova,1996 təvəllüdlü Rauf Məmmədov və 1991-ci il təvəllüdlü Pərviz Əhədov xəsarət alıblar.Balakəndə minik avtomobili yol kənarında marşrut avtobusu gözləyən Xədicə Mustafayevanı vuraraq öldürüb.Hacıqabulda piyada -1974-cü il təvəllüdlü Asəf Cəfərov minik avtomobilin vurması nəticəsində həyatını itirib.Qazaxda minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X. Civişovu vurub.Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ. Məmmədova və 1993-cü il təvəllüdlü G. Həmzəyeva da xəsarət alıblar.Bərdədə Cəfərov Nizami Bərxudar oğlu minik markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Muradova Əsli Yaqub qızını vuraraq öldürüb.Faktlarla bağlı araşdırma aparılır.

