Lerikdə Sadiq Novruzovun idarə etdiyi Niva hərəkətdə olarkən "UAZ"la toqquşub. "Niva"da olan 3 nəfər xəsarət alıb. Lerikdə digər yol qəzasında 1985-ci il təvəllüdlü Həmid Dövlətovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin - 1996-cı il təvəllüdlü İsmayıl Əliyev xəsarət alıb.Saatlıda 2003-cü il təvəllüdlü Rəhman Məmmədovun idarə etdiyi minik avtomobili idarəetməni itirərək yolun sol tərəfindəki işıq dirəyinə, daha sonra isə istirahət parkının ətrafına quraşdırılmış dəmir-beton hasara çırpılıb.Nəticədə sərnişinlər - Könül Məmmədova xəsarət alıb, Bahar Məmmədova həyatını itirib. Bakının Şüvəlan qəsəbəsində Elmar Hüseynovun idarə etdiyi avtobusla Elçin Qədimovun idarə etdiyi minik avtomobili toqquşub.Nəticədə minik avtomobilinin sürücüsü ölüb. Faktlarla bağlı istintaq aparılır.

