Ölümlə nəticələnən yol qəzaları baş verib

Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi "Opel" və 1989-cu il təvəllüdlü Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi "Tofaş" markalı avtomobillər toqquşub.Nəticədə hər iki sürücü və "Tofaş"ın iki azyaşlı sərnişini həlak olub,1996-cı il təvəllüdlü qadın isə xəsarət alıb.Vəziyyəti ağır qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb.Bərdənin Saatlı kəndi ərazisində qadın sürücü avtomobil yolunu keçməkdə olan rayonun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vuraraq öldürüb. Beyləqanda Aslanov Arif Məhəmməd oğlu minik avtomobildə idarəetməni itirib.Nəticədə arxa aşan avtomobilin sürücüsü ölüb, sərnişin 1967-ci il təvəllüdlü Kərimov Həbib Şəmil oğlu isə xəsarət alıb.Faktlarla bağlı araşdırma başlanılıb.

url: 
http://kepezfm.az/xeberler/%C3%B6l%C3%BCml%C9%99-n%C9%99tic%C9%99l%C9%99n%C9%99n-yol-q%C9%99zalar%C4%B1-ba%C5%9F-verib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik